PanelBaku ailəsi olaraq 2019-ci ildə başladığımız yolculuğa fasiləsiz, dürüst və həyəcanla davam edirik. Əgər sən də bir iş mühitindən daha çox olan PanelBaku ailəsinə qoşulmaq və bu yolda sektorun vacib məqamlarını görmək, özünü inkişaf etdirmək istəyirsənsə, aşağıdakı formu doldurmağı unutma!
PanelBaku-də səni nələr gözləyir?
- İlham verən Product Owner-lərlə potensialını ön plana çıxara biləcəyin səmimi bir iş mühiti,
- Ortaq dəyərlər ətrafında birləşmiş təcrübəli bir komanda ilə çalışma imkanı,
- İşə qəbuldan etibarən etnik mənsubiyyət, irq, dil, din, cinsiyyət, yaş kimi səbəblərə görə ayrı-seçkilik olmayan bir mühit,
- Vəzifəyə uyğun olaraq hibrid iş modeli,
- Performans mükafatı,
- Yemək və yol xərci,
- Xüsusi sağlamlıq sığortası,
- İdman zalı, basket meydançası, futbol meydançası kimi imkanları olan mərkəzi ofis,
- Maraqlı ofis daxili və xarici tədbirlər.
Karyera imkanlarını kəşf et! PanelBaku-də hansı vakansiyalar mövcuddur?
- Müştəri Nümayəndəsi (Azərbaycan dili və digər dillər),
- Rəqəmsal Marketinq Mütəxəssisi,
- Sosial Media Mütəxəssisi,
- Google Ads Hesab Meneceri,
- Qrafik Dizayner,
- Front-End Developer,
- Back-End Developer,
- Mobil Tətbiq Tərtibatçısı.
Əlavə olaraq; “Hər kəs ‘X il təcrübəli’ işçi axtarırsa, bəs biz bu təcrübəni harada qazanacağıq?” deyən dəyərli dostumuz!
Rəqəmsal marketinq və sosial media sahəsinə maraq göstərirsənsə və kifayət qədər təcrübən yoxdursa, amma öyrənməyə qarşı təbii bir maraq və həvəsin varsa, səni də gözləyirik!
"Bu böyüyən komandanın bir parçası olmaq istəyirəm" deyirsənsə, insan resursları departamentimizə məlumatlarını göndərmək və bacarıqlarını inkişaf etdirmək üçün xahiş edirik CV və ön yazını support@digital.com.az ünvanına göndər!